Главная » Файлы » PROQRAMLAR » Azəri proqramlar |
Microsoft 2010 Azərbaycan Dili İnterfeys Paketi
11.03.2012, 22:10 | |
Qısa baxış Microsoft Office Language Interface Pack 2010 – Azərbaycan dili aşağıdakı proqramlar üçün Azərbaycan dilində istifadəçi interfeysi ilə təmin edir: * Microsoft Office Excel 2010 * Microsoft Office OneNote 2010 * Microsoft Office Outlook 2010 * Microsoft Office PowerPoint 2010 * Microsoft Office Word 2010 Sistem tələbləri * Dəstəklənən Əməliyyat Sistemləri: Windows 7; Windows XP; Windows Vista * Tələb olunan proqram təminatı: Aşağıdakı proqramlardan hər hansı biri və ya bir neçəsi daxil olan hər hansı dəst və ya ayrıca Microsoft Office 2010 nüsxəsi: Excel, OneNote, Outlook, PowerPoint or Word. * Tələb olunan disk yeri: Hazırda quraşdırılmış Office 2010 proqramları tərəfindən istifadə olunan disk yerinə əlavə olaraq 20 meqabayt (MB) boş sərt disk yeri tələb olunur. Göstərişlər Bu yükləməni quraşdırmaq üçün: 1. Yüklə düyməsini klikləyərək (yuxarıda) və faylı sərt diskinizdə saxlayaraq LanguageInterfacePack.exe faylını yükləyin. 2. Quraşdırma proqramını başlatmaq üçün sərt diskinizdə iki dəfə klikləyin LanguageInterfacePack.exe proqram faylını klikləyin. 3. Quraşdırmanı tamamlamaq üçün ekrandakı təlimatlara əməl edin. 4. Quraşdırıldıqdan sonra Microsoft Office 2010 Language Interface Pack üçün oxuməni faylı burada yerləşəcək: C:Program FilesCommon Filesmicrosoft sharedOFFICE14LCIDLIPread.htm 5. Office 2007-ni Office 2007 Language Interface Pack və ya Office 2010-un əvvəlki versiyasını Office 2010 Language Interface Pack ilə təkmilləşdirmək dəstəklənmir. Əgər siz əsas Office 2007 quraşdırmanızı Office 2010 Language Interface Pack ilə Office 2010-a təkmilləşdirmək istəyirsinizsə, aşağıdakıları edin: * Office 2007 Language Interface Pack-ı silin * Office 2010 quraşdırmasını icra edib təkmilləşmə seçimini edin. * Office 2010 quraşdırması tamamlandıqda Office 2010 Language Interface Pack quraşdırın və konfiqurasiya edin Office məhsulunuzun aktivləşdirilməsi: * "Microsoft Office Activation Wizard" dialoqunda bütövlükdə Quraşdırma Kodunu oxumaqla bağlı probleminiz varsa və ya Microsoft® Office Language Interface Pack 2010 istifadə etdiyinizdə bütövlükdə quraşdırma kodu düzgün nümayiş olunmursa, lütfən ustadı ləğv edin və Microsoft Office məhsulunuzu aktivləşdirmək üçün Azərbaycan dili məhsulunuza keçin. İstifadə təlimatları: İstifadəçi interfeysinizi Microsoft Office Language Interface Pack 2010 – Azərbaycan dilinə keçirmək üçün bu addımlara əməl edin: 1. BaşlaBütün ProqramlarMicrosoft OfficeMicrosoft Office Alətləri menyusundan Microsoft Office 2010 Dil Seçimlərini başladın. 2. Displey və Kömək Dillərini Seç menyusunda, Displey Dilindən tələb olunan dili seçin və Susmaya görə qur düyməsini klikləyin. 3. Redaktə Dillərini Seç menyusunda, tələb olunan dili seçin və Susmaya görə təyin et düyməsini klikləyin. 4. OK düyməsini klikləyin. Seçdiyiniz dil parametrləri növbəti dəfə Office proqramlarını başlatdığınızda qüvvəyə minəcək. Qeyd: Kömək menyusu Microsoft Office Language Interface Pack 2010 – Azərbaycan dilinə keçirilə bilməz. Kömək həmişə ilkin quraşdırma dilində olacaq. Displey dilinizi aşağı-açılan siyahıdan əsas dilə təyin edin. Bu yükləməni silmək üçün: Windows XP Home və ya Professional Buraxılışlarında bu addımlara əməl edin: 1. Bütün proqramlardan çıxın. 2. Windows İdarəetmə Panelində iki dəfə Proqramları Əlavə et və ya Sil piktoqramına klikləyin. 3. Microsoft Office Language Interface Pack 2010 düyməsini Hazırda quraşdırılmış proqramlar xanasını, daha sonra Sil düyməsini klikləyin. 4. Ekranda təlimatlara əməl edin. Windows Vista və ya Windows 7-də bu addımlara əməl edin: 1. Bütün proqramlardan çıx. 2. İki dəfə Proqramlar və Xüsusiyyətlər piktoqramına klikləyin. 3. Proqramı Ləğv et və ya Dəyiş seçimində Microsoft Office Language Interface Pack 2010 – Azərbaycan dilinə xanasında Hazırda quraşdırılmış proqramlar düyməsinə klikləyin və daha sonra Ləğv et seçimini edin. 4. Ekrandakı təlimatlara əməl edin Yüklə | İndir | Скачать | Download | |
Просмотров: 1366 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 3.5/2 |
Всего комментариев: 0 | |